Cümə , Dekabr 14 2018
Ana səhifə / Sosial / “Bizi ləkələmək, şər, böhtan atmaq istəyirlər” – İlham Əliyev

“Bizi ləkələmək, şər, böhtan atmaq istəyirlər” – İlham Əliyev

“Son 19 il ərzində görülən işlər göz qabağındadır. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır”.

Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev idmançılarla görüşündə deyib. İ. Əliyev bildirib ki, bu il bizim idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə medal qazanıblar: “Yəni, bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağı dalğalanır. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur”.

Prezident bildirib ki, Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq: “Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var”.

İ. Əliyev deyib ki, Yay Olimpiya Oyunlarında medalların sayına görə 18-ci yeri tutmuşq və bu doğrudan da böyük və tarixi qələbədir: “Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, istəyirəm ki, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik.

Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir.

Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər”.

İ. Əliyev deyib ki, bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib: “Əksinə bütün bu illər ərzində bəzi anti-azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Moskvada minimal pensiya nə qədərdir?

Rusiya paytaxtı Moskvada sosial standart həcmi 2019-cu ildə dəyişməz qalacaq. Pensiyaya aylıq regional əlavənin müəyyən …

Bir cavab yazın