Bazar , Fevral 17 2019
Ana səhifə / Sosial / Bir sıra marşrut xətlərində dəyişiklik edildi – SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

Bir sıra marşrut xətlərində dəyişiklik edildi – SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.

64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.

88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə edilib.

Qeyd edilən dəyişikliklər 01.01.2019 tarixindən tətbiq ediləcək.

Həmçinin oxuyun

Cəlilabadda çay daşdı, həyətləri su basdı

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.  Təbiət hadisəsi rayonun Sabirabad …