Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Bölgələr / Beyləqan sakini: “İlanları öldürdükdən sonra, şəkillərini çəkib icra başçısına vermişəm”

Beyləqan sakini: “İlanları öldürdükdən sonra, şəkillərini çəkib icra başçısına vermişəm”

Beyləqan rayon Əlinəzərli kənd sakini Əliyev Azər Fətullah oğlu  yayaşdığı rayonda rastlaşdığı haqsızlıqdan şikayətçidir. Onun Azinforum.az İnformasiya Portalına  ünvanladığı şikayətdə bildirilir ki, 1940-cı ildə tikilən evi  yarasız vəziyyətdə olsa da, rayonun əlaqədar qurumları problemə biganə yanaşır: “Mənim 1940 -ci ildən ciy kərpicdən tikilmiş altı otaqdan ibarət  2 mərtəbəli evimə 2010 -cu ildə Beyləqan rayon Fövqaladə Hallar Nazirliyi Komissiyası və Beyləqan rayon İcra Hakimiyyətinin iştirakı ilə yararsız evimə baxış keçrilib. Ev tam qəzalı olmaqla yanaşı, orda yaşamaq da həddindən artıq təhlükəlidir. Hər dəqiqə, hər an ucma, dağılma ehtimalı var. Qeyd edim ki, 2014-cu ilin oktyabr ayının 8-də Beyləqan rayon Baş memarı Əli Vəliyev tərəfindən evimin qəzalı olması , təsdiq olunmuş və bununla bağlı akt tərtib edilib. Onu da  qeyd edim ki, evim 1940-cı ildə ciy kərpicdən tikildiyinə,  həm də kənd yeri olduğu səbəbindən yaşadığımız yerə  dəfələrlə ilanlar girib.  Bütün bunlar  evimizdə ciddi narahatçılıqlar doğurur. Evimizə girən  ilanları öldürdükdən sonra , şəkillərini çəkib İcra başcısına təqdim etmişəm. Ailədə 7 nəfərik: 3 uşaq məktəblidir. Evimin qəzalı olması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə,  Birinci vitse Prezident Mehriban xanım Əliyevaya yazılı müraciət etmişəm. Həmin müraciətimin 1 nüsxəsi Beyləqan rayon İcra hakimiyyətinə göndərilmişdi. Hər iki müraciətimə baxmayaraq, Beyləqan rayon İcra Başçısı V.Abdullayev və 1-ci müavin Qələndərov Məhəmməd möhtərəm Prezidentin göstərişlərinə məhəl qoymayaraq, məni 7 ildi get-gələ salıblar.

Mən İcra hakimiyyətində Q.Məhəmmədə Cənab Prezidentdə və Vitse Prezidentə yazılı məktubuma və problemin həll olunmasını bildirsəm də, o, mənə :”Get evini Prezident tiksin”,  ifadəsini işlətdi.
Vurğulayım ki ,Q.Məhəmməd Beyləqan rayonunda bir məmur olaraq, öz vəzifə borcunu yerinə yetirmək əvəzinə,  şəxsi  biznesinin çiçəklənməsi ücün rayon ərazisində gəlir əldə etmək  həvəsi ilə  qiyməti 80 -100 min azn civarında olan mülklər tikdirməklə məşguldur. Sual olunur: bu qədər böyük obyektlərə sahib olmaq hansı pullarla əmələ gəlir?
Əgər bir məmur əmək haqqısı 500-600 yüz azn-dirsə,  onda bu bahalı obyektlər hansı pullarla tikilir? KİV-lər  vasitəsi ilə möhtərəm Prezidentə müraciət edirəm ki, mənim qəzalı evimin yenidən sökülüb tikilməsinə köməklik edilsin və bu barədə Fövqaladə Hallar Nazirliyinə göstəriş verməklə yanaşı, 7 il məni süründürməçiliyə salan Başçının  müavini Qələndərov Məhəmmədin iş fəaliyyəti yoxlanılmasına göstəriş versin.
Əliyev Azər Fətullah oğlu
tel-051 441 -54-97″.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək – Sərəncam

Prezident İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda …