Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Bayılda vəziyyət gərgindir – Evlərin içindən fotolar

Bayılda vəziyyət gərgindir – Evlərin içindən fotolar

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Bayıl qəsəbəsinin Buxta küçəsində yenidən uçqun tipli sürüşmə baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, hazırda ərazidə uçan evlə (Rəhilə Ağayevaya məxsus mənzil 9, ev 19 a) yanaşı, divarları çatlamış xeyli sayda digər evlər var.

Evi ziyan görmüş vətəndaşlardan biri Sədaqət Əliyeva bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər:

“Bir-bir evlər uçur. Hamısı sənədli evlərdir. Ən köhnə ev 1943-cü ildə, ən təzəsi isə 1982-83-cü illərdə tikilib. Hər 4 gündən bir gəlib sökülən evə baxırlar, vəssalam. Hər yerə yazmışıq. Bir qalaq məktubumuz var ki, tezliklə bina söküləcək. Köçürülmə ilə bağlı bizə hər hansı bir söz deyilməyib”.

Xatırladaq ki, ötən il indi uçan evin qonşuluğundakı 17 saylı mənzil də tamamilə dağılmışdı.

 







Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …