Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bayıl yamacında yeni sürüşmə – VİDEO, YENİLƏNİR

Bayıl yamacında yeni sürüşmə – VİDEO, YENİLƏNİR

Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında oktyabr ayından başlayan sürüşmə yenidən aktivləşib. REAL-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, bir neçə ərazidə istinad divarlarında təxminən 1 metrlik çatlar əmələ gəlib.

Hazırda dövlət orqanlarının nümayəndələri əraziyə baxış keçirir. Yaşayış evlərinə su, işıq və qaz verilişinin dayandırılması barədə tapşırıq verilib.

Az sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …