Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Baku Bus”un sürücüsü yolda təhlükə saçdı – VİDEO

“Baku Bus”un sürücüsü yolda təhlükə saçdı – VİDEO

Bu gün Yasamal rayonu Haqverdiyev küçəsi ilə hərəkətdə olan, “Baku Bus”-a məxsus 3 nömrəli, 99-JH-297 dövlət nömrə nişanlı marşurt avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, avtobusun sürücüsü əks yola çıxaraq qarşıdan gələn, avtomobilin sürücüsü üçün təhlükə yaradıb. Sürücünün son anda manevr etməsi nəticəsində qəza baş verməyib.
Qeyd edək ki, “Baku Bus” avtobuslarının sürücüləri həmişə digərlərinə nümunə olaraq göstərilir. Lakin təssüflər olsun ki, bu sürücü həm özünü, həm daşıdığı sərnişinləri həmdə digər yol hərəkəti iştirakçılarını real ölümlə üz-üzə qoyub.
Ümid edirik ki, DYP sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görəcək. Həmçinin BNA-da məsələyə münasibət bildirəcək.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …