Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən virtualaz.org-a verilən məlumata görə, ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır.

Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …