Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda “Xəzər” kafesindəki yanğın söndürülüb

Bakıda “Xəzər” kafesindəki yanğın söndürülüb

Bakının Nobel prospektində yerləşən “Xəzər” kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, hadisənin səbəbi hələ məlum deyil. Araşdırma aparılır.

X X X

12:13

Bakının Nobel prospektində kafedə güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində yerləşən “Xəzər” kafesində baş verib. Yanğın kafenin dam örtüyündən başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …