Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda süpürgəçilərə xüsusi geyimlər veriləcək

Bakıda süpürgəçilərə xüsusi geyimlər veriləcək

“Bakıya məişət tullantılarının daşınması və küçələrin süpürülməsi üçün yeni texnikalar gətiriləcək”

Bu barədə AzVision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Qurum rəsmisi deyib ki, bununla da təmizlik işlərində əl əməyi qismən aradan qaldırılacaq: “Təbii ki, əl əməyi tam aradan qaldırılmayacaq. Çünki küçəni maşın süpürə bilir. Amma, səkini, həyətləri, dalanları maşın süpürə bilmir”.

İ.Kərimov, həmçinin vurğulayıb ki, təmizlik işçilərinin əmək fəaliyətinin yaxşılaşdırılması ciddi nəzarətdədir: “Təmizlik işçiləri yeni, o cümlədən sutkanın qaranlıq vaxtında çalışmaları üçün xüsusi geyimlərlə təmin olunacaq”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …