Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda növbəti dəfə güclü tıxac yarandı

Bakıda növbəti dəfə güclü tıxac yarandı

Bakıda növbəti dəfə güclü tıxac yaranıb.

Səhər saatlarında Bakının Moskva, Tbilisi, Nobel prospektləri, 20 yanvar küçəsi, 3-cü mikrorayon dairəsi, Mətbuat prospekti, Qələbə dairəsi, Bakıxanov küçəsi, Sabunçu-Zabrat yolunda güclü tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, küçə və prospektlərdəki sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: “Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …