Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda kreditlə maşın alan şəxsin başına iş gəldi
Salesman handing over car keys in dealership

Bakıda kreditlə maşın alan şəxsin başına iş gəldi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Azinforum.az lent.az-a istinadən bildirir ki, 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı “Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib. Avtomobili almaq üçün müəyyən məbləğdə pul verən T.Məmmədov qalan krediti ödəməyi üzərinə götürüb. Lakin bu günlərdə məlum olub ki, avtomobili alan şəxs kredit öhdəliyini yerinə yetirməyib və onu başqasına satıb.
Müraciət əsasında araşdırma aparılır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …