Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda istirahət mərkəzlərinin sahibləri cərimələndi (VİDEO)

Bakıda istirahət mərkəzlərinin sahibləri cərimələndi (VİDEO)

Bakıda çimərlik sahələrində obyekt işlədən sahibkarlar cərimə edilib. Səbəb istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanaraq həddindən artıq çox olmasıdır. Obyekt sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib. Qaydalara əməl etməyən istrahət mərkəzi aşkar edilsə fəaliyyəti dayandırılacaq.
Dəniz kənarı bəzi istirahət mərkəzlərinin sahibləri cərimə edilib.
Səbəb Xəzər dənizinin sahil zolağının, çimərliklərin zibillənməsidir.
Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib. Reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən 4 istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmovbarəsində protokollar tərtib edilməklə yanaşı onlara sonuncu dəfə xəbərdarlıq edilib ki, ekoloji təmizliyi qorumaq üçün qaydalara əməl etsinlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov onu da bildirdi ki, son bir ay ərazində keçirilən reyd zamanı Lənkəranda 6, Xaçmazda 13, Sumqayıtda 12 və Bakı şəhərində çimərlik sahələrində 4 obyekt sahibi cərimə edilib.
Qeyd edək ki, bu cür reydlər Xəzər dənizinin sahil zolağında mütəmadi olaraq keçiriləcək.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …