Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Sosial / Bakıda güclü külək bir sıra fəsadlar törədib – VİDEO

Bakıda güclü külək bir sıra fəsadlar törədib – VİDEO

Bakıda güclü külək bir sıra fəsadlar törədib.

Paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.

Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub.

Birliyin şöbə rəisi Orxan Məmmədov “Report”a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

Həmçinin oxuyun

Qalmaqallı video-görüntü inanılmaz faktları üzə çıxardı – Ölüsoyanların izi ilə

Bakının Sabunçu rayonunun polisləri qəbirləri soyan şəxsləri saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsinin …