Ana səhifə / Sosial / Bakıda generatorların satışı artdı – VİDEOREPORTAJ

Bakıda generatorların satışı artdı – VİDEOREPORTAJ

İyulun 3-də, gecə və gündüz saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem səbəbindən Bakının və eləcə də ölkə ərazisinin enerji təchizatında problem yaranıb.

Nəticədə fərdi vətəndaşlarla bərabər bir sıra şirkətlər, generator sistemi olmayan iri mağazalar problemlə üz-üzə qaldılar. Musavat.com-un əməkdaşı olaraq öyrəndik ki, hadisə generator satanların işinə müsbət təsir göstərib.

Olduğumuz mağazalarda müştəri sıxlığı müşahidə etdik. Satıcılar da təsdiqlədilər ki, son iki gündə müştərilərinin sayı xeyli artıb.

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …