Ana səhifə / Sosial / Bakıda daha bir sürücü özbaşınalığı – VİDEO

Bakıda daha bir sürücü özbaşınalığı – VİDEO

Paytaxt Bakıda məsuliyyətsiz avtobus sürücülərinin kobud qayda pozuntuları ilə tez-tez rastlaşırıq.

Onlar arasında avtobus idarə edərkən telefonla danışanını, siqaret çəkənini, əlini sükandan buraxaraq telefonda oyun oynayanını, hətta sükan arxasında narkotik vasitə istifadə edənini də görmüşük. Bu dəfə isə, bu özbaşınalıqlara yenisi əlavə olunub. Bu dəfə sürücü piyadaların yolu ilə hərəkət edərkən, videoya həkk edib.

Avtobus sürücüsü tıxacda qalmamaq üçün səkiyə çıxıb və yoluna davam edib.

Sürücüsün bu kobud qayda pozuntusunu musavat.com-un əməkdaşı videoya çəkib.

33 saylı marşurut xəttində olan 90-JZ-667 dövlət nömrə nişanlı avtobus bu kobud qayda pozuntusunu Süleyman Sani Axundov küçəsində edib.

Belə ki, iki zolaqlı yolda tıxac olduğu üçün avtomobillərin hərəkətində sıxlıq yaranıb. Bu zaman avtobus sürücüsü yolun sağ hissəsindən piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq hərəkətini davam etdirib.

Bildirək ki, 33 saylı marşurut avtobuslarının sürücüləri bu cür qayda pozuntularına dəfələrlə yol veriblər.

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …