Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Sosial / Bakıda daha bir avtobus qəzası: ölən var

Bakıda daha bir avtobus qəzası: ölən var

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub. Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramovhadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, son günlər bir neçə avtobus ölümlə nəticələnən qəzalar törədib. Bakıda DYP-nin keçirdiyi reyd nətəcəsində isə 100-ə yaxın avtobus sürücüsünün reysə müayinədən keçmədən çıxdığı məlum olub.

Həmçinin oxuyun

Məktəblilər həyatlarını belə təhlükəyə atır (VİDEO)

Avtomobillərə işarə verərək dayanmalarını istəyirələr. Azyaşlı oladuqları üçün sürücülər onlara piyada zolağının olmadığı ərazidə yol …