Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda avtobus özbaşınalığı – Video

Bakıda avtobus özbaşınalığı – Video

Bakıda avtobus sürücülərinin davamlı olaraq qayda pozuntuları yörətməsi haqda mediada kifayət qədər yazılıb. Amma problem hələ də öz həllini tapmır.

Bu haqda “Qafqazinfo”ya daha bir müraciət daxil olub. Redaksiyaya video fakt da təqdim edən müraciətçi bildirib ki, görüntülər bu gün səhər saatlarında Zabrat – Koroğlu yolunda qeydə alınıb. Videoda aydın görünür ki, iki avtobus – 131 və 172 saylı avtobuslar yolun əks istiqamətində yüksək sürətlə hərəkət edir. Hələ bu azmış kimi hər iki avtobus sərnişinlə doludur, qapıları açıqdır və qapılardan da sərnişinlər sallanıb.

Müraciət edən şəxs deyir ki, bu hala nə aidiyyatlı qurumlar, nə də yol polisləri müdaxilə etmir.

Həmin videonu təqdim edirik:

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …