Ana səhifə / Sosial / Bakıda 108 sərxoş sürücü aşkarlanıb

Bakıda 108 sərxoş sürücü aşkarlanıb

Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman 108 sərxoş sürücü aşkarlanıb.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov əlavə edib ki, polisin qanuni tələbini yerinə yetirməyən, yəni saxlama işarəsinə əməl etməyən 51 sürücü, işıqforun qadağanedici işarəsində hərəkət edən 907 sürücü, sərnişindaşıma qaydalarını pozan 273 sürücü, yolayrıcının keçmə qaydasını pozan 4219 sürücü aşkarlanıb.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə ötən həftə ərzində 13 mindən artıq inzibati protokol tərtib olunub.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …