Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakı-Sumqayıt yolunun ağlamalı halı – VİDEO

Bakı-Sumqayıt yolunun ağlamalı halı – VİDEO

Bakı-Sumqayıt yolu kimi tanınan trasın Sumqayıtdan Bakıya gedən hissəsi uzun illərdir ki, bərbad vəziyyətdədir. Yolun bir qismi yenidən çəkilsə də, bir qismi, Ceyranbatan su anbarının yaxınlığından, Bakı Mühəndislik Universitetinin yaxınlığından və bəzi digər hissələrdən yol demək olar ki, yararsız vəziyyətdədir. 3 zolaqlı yolun 1-ci zolağı hərəkət üçün münasib olsa da, 2-ci və 3-cü zolaq yamaq, çala-çuxur, çopur-çpourdur. Avtomobilinə ziyan dəyməsini istəməyən sürücülər məcbur olub 1-ci zolaqla hərəkət edirlər, lakin sürət həddi 110 km/saat olan yolda təbii ki, heç də hamı 80-90 sürətlə hərəkət etmir və bu zaman arxadan gələn avtomobilə yol verməyə məcbur olan avtomobil sürücüsü yamaqlı yola daxil olur. Bu yol xeyli vaxtdır ki, sürücülərin narazılığına səbəb olur. Sürücülərin bildirdiyinə görə, yolun dağınıq olması qəzalara səbəb olur. Belə ki, avtomobili çökəklərdən, yamaqlardan yayındırmaq üçün bəzi sürücülər ziqzaqvari hərəkət etməyə məcbur olurlar, bu isə bəzən qəza ilə nəticələnir. Ona görə də bu videomüraciəti yaymaqla ümid edirik ki, nəhayət Bakı-Sumqayıt trasının bu hissəsi də əlaqədar qurumların, “Azəravtoyol” rəhbərliyinin yadına düşəcək və hər gün Sumqayıtdan Bakıya gedən sürücülər tezliklə bu bərbad yolların əzabından xilas olarlar.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …