Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakı sakinləri internetin sürətindən narazıdır – VİDEO

Bakı sakinləri internetin sürətindən narazıdır – VİDEO

Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də ofislərdə ölkədə fəaliyyət göstərən müxtəlif internet provayderlərindən istifadə edirik. Bəs bu provayderlərin sürətindən, müştəriyə xidmət səviyyəsindən razıyıqmı?

Bir neçə gün öncə sosial şəbəkələrdə müxtəlif internet provayderlərindən istifadənin mümkün olmaması ilə bağlı kütləvi statuslar paylaşılmışdı. Daha çox adıçəkilən provayderlərdən biri də “KATV” idi.

Şirkət rəsmisi məsələyə aydınlıq gətirmək üçün Baku TV-yə bildirib ki, gözlənilməz qəza nəticəsində xətlərdə problem yaranıb. Hadisə zamanı gələn zənglərin sayı çox olduğundan müştərilərin sualları cavabsız qalıb.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ölkənin milli rabitə operatoru olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin kommersiya departamentinin direktoru Elçin Cabbarov isə müştəri məmnuniyyəti üçün internetlə bağlı istənilən problemi anında həll etdiklərini qeyd edib.

Daha çox şikayətin daxil olduğu “Azəronline” internet provayderinin xidmət səviyyəsi ilə maraqlanmaq istəsək də, suallarımıza cavab verən tapılmadı.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …