Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Sosial / “Bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik” – Hafiz Hacıyev

“Bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik” – Hafiz Hacıyev

“Bu gün Azərbaycan xalqı ölkənin sərvətlərindən demək olar ki, faydalana bilmir. Əhalimiz heç Tovuz, Gədəbəy kartofu tapıb yeyə bilmirlər. Bütün bunların səbəbkarı ölkədəki bir qrup məmurdur.”

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin sözlərinə görə, o, da vaxtı ilə məmur olub:

“Mənim özüm də bir vaxtlar məmur olmuşam, rəhbəri olduğum balıqçılıq sənayəsini inkişaf etdirərək xalqa xidmət edirdim. Bizim dövrümüzdə vətəndaşlar kürü, balıq məhsulları ala bilirdilər. İndi isə insanlarımız kürünü yalnız qırmızı kitabda görə bilər. Bizim ixtisaslaşmış dükanlar var idi. Bu dükanlarda asetirin, Semiruqa və digər balıqlar satılırdı. O zaman mən ilk dəfə olaraq asetirin balığının konserviləşdirilməsini təmin elədim. İlk dəfə olaraq mən kürü qablarının üzərinə Azərbaycan bayrağının vurulub xarici bazarlara çıxarılmasını təmin etdim. Həmin ərəfədə biz 800 tona yaxın asetirin balığını xarici dövlətlərə satıb gələn gəliri 1 qəpiyinə qədər dövlət büdcəsinə qoyduq. Həmin dövrdə 350 ton asetrin balığını Türkiyənin Urfa Bazar şirkətinə satdıq. O, zaman rəhmətlik Turqut Özal da bu hadisədə iştirak etdi. Biz həmin dövrdə çox böyük işlər gördük. Mən Ukraynadan Azərbaycana balıq unu istehsal edən 32 zavod gətirdim. Biz bu zavodlarda balıq unu istehsal eərək quşçuluq sənayesinə verib o sahənin də inkişafı üçün addımlar atırdıq. Həmin dövrdə Azərbaycan dənizinin məhsulları xalqa məxsus idi. Çox təəssüf ki, hazırda dənizimizin məhsulları bir neçə oliqarx məmura məxsusdur. İndi bilirsiz ki, qara kürünün satışından xalqa 1 qəpik də olsun xeyir gəlmir. Bu pullar həmin məmurların villalarına, xaricdə saxladığı erməni qadınlarına gedir. Bunun da qarşısı yaxın vaxtlarda alınacaq. Qocalar evində elə bir sistem qurulub ki, bizi kimi adamlar hakimiyyətə yaxın buraxılmır. Bizim umacağımız xalqdandır. Xalq baxmalıdır və seçimini etməlidir. Mən vəzifə üçün danışmıram. Mən dəfələrlə demişəm ki, mən ya baş nazir, ya da ki, birinci vitse-prezident olsam ölkəni 6 aya bu çətin böhrandan çıxaracam. Biz bu işi görüb özümüzü sübut etmişik. Nə edək ki, bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik. Təzədən gedib arvadımızı boşayıb erməni ilə ailə qurası deyilik ki. Xalqımız da bir az unutqandı. İnsanlar onlara çörək verəni deyil, ölkəni çapıb-talayanın qədrini bilir. Mən hər zaman əziz qardaşım İlham Əliyevin yanında olmağa hazıram. Bu gün də onun doğum günüdür, təbrik edirəm prezidentimizi. Prezidentin bu yırtıcılardan canının qurtarmasından ötrü onun yanında olmaq, prezidentə kömək etmək istəyirəm. Biz prezidenti sevirik, bu sevgi bizim ürəyimizdədir. Amma bu gün bir qrup nazir İlham Əliyevin arxasınca danışır, bu çox pis haldır. Buna görə də prezidentin yanında bu gün mənim kimi ona canı yanan bir şəxs olmalıdır.” (Moderator.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Paytaxt süpürgəçilərindən çağırış: “Çörəyimizə bais olmayın”

Görəsən süpürgəçilərin özləri seçdikləri peşələri, həyatları, dolanışıqları barədə nə fikirdədirlər? Sputnik Azərbaycan-nın əməkdaşı bu suallara …

Bir cavab yazın