Azinforum.az publika.az-a istinadən xəbər verir ki, dünən saat 10 radələrində “Azərişıq” ASC-nin Nərimanov rayon şöbəsinin tabeliyində fəaliyyət göstərən və Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən yarımstansiyada qəza baş verib.

Belə ki, orada işləyən Qaraçuxur qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ziyəddin Əliyev cari təmizlik işləri ilə məşğul olarkən elektrik vurması nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.