Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanlıların bu ölkədəki universitetlərdə təhsil alması üçün kvotalar ayrılacaq

Azərbaycanlıların bu ölkədəki universitetlərdə təhsil alması üçün kvotalar ayrılacaq

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistanın elm və təhsil naziri Nurullo Said arasında görüş keçirilib.
AzNews.az səfirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Tacikistan arasında təhsil müəssisələri assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında memorandumun imzalanması və digər əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
N.Said Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın protokolunun müvafiq bəndində Azərbaycanla Tacikistan arasında təhsil sahəsində əməkdaşlığın aparılmasının əks olunduğunu diqqətə çatdırıb. O, Tacikistanda hazırda 39 ali təhsil müəssisəsinin olduğunu bildirib və imzalanmış sazişə əsaslanaraq Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotalara uyğun olaraq tələbələrin Azərbaycanda təhsil alması üçün göndəriləcəyini söyləyib, eyni zamanda, Tacikistan universitetlərində azərbaycanlı tələbələrin təhsil alması üçün kvotaların ayrılacağını diqqətə çatdırıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …