Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanlı qadın türkiyəli biznesmeni Gürcüstanda intim görüntülərlə şantaj edib

Azərbaycanlı qadın türkiyəli biznesmeni Gürcüstanda intim görüntülərlə şantaj edib

Gürcüstan polisi Marneuli şəhərində Azərbaycan vətəndaşı olan qadını şəxsi həyata müdaxilə və hədə-qorxu yolu ilə pul tələb etmək ittihamları ilə saxlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, istintaq yolu ilə müəyyən edilib ki, Marneulidə müvəqqəti yaşayan və fahişəliklə məşğul olan S.Z. adlı qadın bizneslə məşğul olan Türkiyə vətəndaşı A.A. ilə intim münasibətlərini çəkib. Daha sonra bu videokadrları internetdə yayacağı ilə hədələyərək biznesmendən iri məbləğdə pul tələb edib.

Lakin şantaj olunan türk polisə müraciət edib və Azərbaycan vətəndaşını türkiyəli biznesmendən pul alarkən yaxalayıblar. Onu irəli sürülmüş ittihamlar üzrə 4 ildən 7 ilə qədər həbs gözləyir.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …