Ana səhifə / Sosial / Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi

Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Qafqazinfo”ya verilən məlumata görə, müraciət  Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb. Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.

ETSN tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …