Azərbaycanda zəlzələ baş verdi – 3 bal gücündə

Bu gün Saatlı rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 17 may tarixində yerli vaxtla saat 03:29-da Saatlı rayonu ərazisində 3 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Yerin 24 km dərinliyində qeydə alınan təkanlar hiss olunmayıb.