Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Sosial / Azərbaycanda YPX maşını “protiv” gedir, polislər şou göstərir (VİDEO)

Azərbaycanda YPX maşını “protiv” gedir, polislər şou göstərir (VİDEO)

Sosial şəbəkələrdə yayılmış video izləyənlər tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, magistral yolların birində çəkilmiş videoda avtomobil ilə xidmət aparan YPX əməkdaşları maşında xarici mahnı qoyub yüksək səs verirlər. Həmçinin avtomobildə olan mikrofonu açaraq səsi ətrafa yayırlar. Sükan arxasında olan YPX əməkdaşı isə mikrofonu ağzına tutaraq sanki mahnını təqlid edir. Eyni zamanda əks yola çıxaraq hərəkət edir və digər nəqliyyat vasitələrinə mane yaradırlar.Eyni zamanda çıxdıqları qarşı yolda sərt döngələr var. Həmçinin məhdudiyyətli görünmə mövcuddur. Təbii ki, yolun sağ zolağı ilə hərəkətdə olan nəqliyyat vasitələri qəza törədə bilərlər.
Təbii ki, yol polisi iddia edə bilər ki, sayrışan işıqlar yanır və hadisə yerinə gedir. Amma qəza yerinə mahnıya səs verib ətrafa yaymaqla getmirlər. Təbbi ki, göüntülərdən aydın olur ki, video qış vaxtı çəkilib. amma hər bir halda bu cür davranış polis əməkdaşlarına yaraşmır və təhlükəlidir. Avtosfer.az sözügedən videonu təqdim edir:

Həmçinin oxuyun

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi – FAKT

Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı …