Ana səhifə / Sosial / “Atena” şirkətinin “dələduzluq”la bağlı açıqlaması

“Atena” şirkətinin “dələduzluq”la bağlı açıqlaması

Atena şirkətinin nümayəndəsi Turqut Məmmədli çalışdığı şirkətin dələduzluqda ittiham olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

“Bugün mediada Atena şirkəti ilə bağlı yayımlanan yanlış xəbərlərə cavab olaraq bildirmək istərdim ki, məqalədə qeyd olunan “BMS Aqro” MMC şirkətinin Atena şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur. Qeyd olunan şirkət ilə Atena şirkətinin təsisçiləri və rəhbərləri fərqli şəxslərdir və onları heç bir biznes əlaqələri bağlamır. Ağcəbədi rayonunda yerləşən “BMS Aqro” şirkətinin ferması, “Atena” şirkətinin ferması və zavoduna yaxın ərazidə yerləşməsi bu şirkətin də bizə bağlı olması anlamına gəlmir. Bu xəbəri bilmədən yayımlayan xəbər qurumlarına yayımladıqları xəbərə düzəliş etməyi və ya həmin xəbəri silmələrini tövsiyyə edirik. Atena şirkətinin fəaliyyəti ilə tanış olmaq istəyənlər isə şirkətin Ağcəbədi rayonunda yerləşən fermasına və zavoduna dəvət edirik.” deyə Turqut Məmmədli bildirib.

Qeyd edək ki, 7 ildir fəaliyyət göstərən Atena şirkəti Azərbaycanın ESL texnologiyası əsasında süd və süd məhsulları istehsal edən ilk yerli süd markasıdır. Bazar lidərlərindən biri olan Atena şirkəti yerli və xarici bazarda fərqli markalar ilə təmsil olunur. O cümlədən, hazırda süd, ayran, qatıq, pendir, xama, kəsmik, kərə yağı, dovğa, süzmə və s. kateqoriyalı məhsullar istehsal etməklə yanaşı bu kateqoriyaların sayını hər kəsin damaq dadına uyğun olaraq mütəmadi artırmağı hədəfləyir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …