Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Aldadıcı ustalar, yoxsa keyfiyyətsiz məhsullar – VİDEO

Aldadıcı ustalar, yoxsa keyfiyyətsiz məhsullar – VİDEO

Əksər sürücülər avtomobil hissələrinin baha olması səbəbindən detalları keyfiyyətsiz məhsullarla əvəz edirlər. Ustalar isə sürücülərə xəbərdarlıq edirlər.

Belə ki, ucuz ehtiyyat hissələri sürücüləri iki qat ziyana salmaqla yanaşı, həm də sizi canınızdan edə bilər.

Keyfiyyətli məhsulların qiyməti sürücülər üçün əlçatan deyil. Bu səbəbdən sükan sahibləri əksər hallarda ucuz ehtiyyat hissələri alır.

Orijinal olmayan ehtiyyat hissələrin sıradan çıxması, sürücü ilə usta arasında anlaşılmazlığa səbəb olur. Sürücü ikiqat xərc çəkirsə, usta keyfiyyətsiz məhsula görə eyni işi bir neçə dəfə görməli olur.

Satıcılar da maşının detallarının keyfiyyətinə önəm verməyi tövsiyə edir. Ucuz avadanlıqların tez sıradan çıxması sükan sahiblərini növbəti dəfə xərcə salır.

Avtomobilə ehtiyyat hissələri alındıqda usta ilə məsləhət etmək və ya zəmanətli detal almaq məsləhət görülür.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …