Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ağstafa kəndliləri etiraz edir: “Sahibkar artesian quyusunu mənimsəyib, bizə su vermir” -VİDEO

Ağstafa kəndliləri etiraz edir: “Sahibkar artesian quyusunu mənimsəyib, bizə su vermir” -VİDEO

Ağstafa rayonunun Poylu kənd sakinləri otlaq və örüş sahələrində yaranan su qıtlığı ilə bağlı etiraz ediblər. Onlar dövlət vəsaiti hesabına qazılan artezian quyularının ayrı-ayrı sahibkarlar tərəfindən mənimsənildiyini bildirirlər.

Kəndlilər iddia edir ki, sahibkar Əlləz Bayramov saxta sənəd təqdim edərək, örüş sahələrinin suvarılması üçün vurulan artezian quyularının onun otlaq sahəsinə məxsus olduğunu bildirib:

“Yeganə qazanc yerimiz heyvandarlıqdan və əkinçilikdəndir. Su olmadığından otlaq və örüş sahələrini əkə bilmirik. Çünki Ağstafa çayında su yoxdur, dövlətin vəsaiti ilə vurulan artezianlar isə sahibkarların örüş sahələrinə vurulur. Təsəvvür edin ki, Ağstafa çayının giriş yolunu satıblar. Kənd əhalisinin torpaqları isə susuz qalıb, bu səbəbdən də heç biri əkilməyib. Örüş sahələrimiz zəbt olunub. Sahibkar Bayramov Əlləz saxta sənəd təqdim edir ki, guya artezian quyusu onundur. Belə çıxır ki, dövlət 2 hektar otlaq sahəsi üçün 50-60 min manat vəsait xərcləyib, artezian quyusu qazıb? Əlləz Bayramovun sahəsi ilə artezian quyusunun arası 500 metrdir. Əgər ona artezian lazımdırsa, niyə öz torpağının yaxnlığında artezian qazdırmayıb?

Poylu kəndində 590 hektar örüş-otlaq sahəsi var. Bunların məqsədi örüş sahələrini əkilməyən, boş ərazi kimi qələmə verib, artezian quyuları yaxınlığındakı torpaqları satmaq və yaxud icarəyə verməkdir. Mal-heyvan susuz qalıb, kilometrlərlə yol gedirik ki, heyvanlar su işsin. Bir sözlə, bu artezianların kənd camaatı üçün heç bir faydası yoxdur. Son beş ildə otlaq sahələrində üçüncü artezian quyusu qazılıb, lakin ayrı-ayrı insanların şəxsi otlaqlarına xidmət edib”.

Poylu kənd sakini Elmar İsmayılov məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdi : “Maddi durumumuz çox pis vəziyyətdədir. Heyvanlarımızı otarıb, ailələrimizi saxlaya bilmirik. Bu barədə çoxsaylı müraciətlərimiz olub, lakin heç bir nəticəsi olmayıb. Rayon icra başçısının qəbuluna getməkdən dabanımız yara olub. Nə şikayətə baxan var, nə də camaatın qayğısını çəkən…Bir neçə gün öncə icra başçısnın qəbuluna düşmək istədik, lakin icra müavini Ramiz Tatarov qəbula buraxmadı, bizi qovdurdu”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …