Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Abşeronda su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava olub

Abşeronda su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava olub

Hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Hadisə zamanı firma işçisi Bakı şəhər sakini Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Sonuncu çox saylı qan itgisindən dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri çevik əməliyyat axtarış tədbirləri nəticəsində, hadisə iştirakçıları olan digər şəxslər Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşıdrmalar davam etdirilir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …