Ana səhifə / Sosial / ABŞ Azərbaycan hökumətinin tənqidlərinə cavab verdi

ABŞ Azərbaycan hökumətinin tənqidlərinə cavab verdi

Son günlər Azərbaycanın rəsmi mediasında Amerika prezidenti, dövlət katibi, bu ölkədə insan hüquqları və korrupsiya ilə bağlı kəskin ittihamedici məqalələr dərc edilir.

Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi “Amerikanın Səsi”nin sualına cavab verib.

Cavabda deyilir: “Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif ölkələrində cərayan edən olayları yaxından izləyir və müntəzəm olaraq narahatlıq doğuran məsələlər barədə məlumatı həm özəl görüşlər vaxtı, həm də ictimayyətlə açiq şəkildə paylaşır. Biz dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayırıq. Həmçinin, biz digər xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın