Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / 67 saylı MİS Keşlədə itən zibil qablarını tapdı -VİDEO

67 saylı MİS Keşlədə itən zibil qablarını tapdı -VİDEO

Bugünlərdə  Azinforum.az İnformasiya Portalında yayımlanan “67 saylı MİS-in rəisi Keşlədə zibil qablarının “ekskursiyasını” təşkil edib” başlıqlı yazıya ciddi reaksiya verilib. Azinforum.az-la əlaqə saxlayan qəsəbə sakinləri bildiriblər ki, yoxa çıxan zibil qabları tapılaraq yerinə qoyulub. Reportyor qrupumuz həmin ərazidə olub. 67 saylı MİS-in rəhbəri saytımıza açıqlamasında bildirdi ki, zibil qablarının əvvəlki ərazidiən götürülməsi ətrafda yaşayan sakinlərin şikayəti əsasında olub:

“Biz həmin qabları yaşayış evlərindən nisbətən aralı bir yerə qoyduq. Bir gündən sonra, bizə məlum oldu ki, qablar orada yoxdur. Aidiyyəti üzrə polis orqanlarına müraciət edəndən sonra, həmin qablar tapılaraq bizə təhvil verldi və biz də öz növbəmizdə onları nəzrdə tutulan əraziyə yerləşdirdik. Bununla da, sakinlər arasında yaranmış müvəqqəti narahatlıq öz həllini tapmış oldu”.

Hüseyn Hüseynov,
Azinforum.az

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …