APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Qazax Müalicə Diaqnostika Mərkəzində baş verib. Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya Fyodorovna mərkəzdə bel yırtığından əməliyyatdan sonra narkozdan ayılmayıb.

Qadının qohumları ona dozadan artıq narkoz verildiyini və buna görə öldüyünü deyirlər.

Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, ölümün səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.