Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / 3 gündür ki, metroya minmək olmur…

3 gündür ki, metroya minmək olmur…

Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün pik saatlarında qatara minə bilməyən sərnişinlər sosial şəbəkələrdə bununla bağlı şikayətlərini bildirir. Qeyd olunur ki, istər qatarda, istərsə də platformalarda ürək zəifliyi, müxtəlif xəstəliyi olan şəxslərin halı tez-tez pisləşir. 

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələylə bağlı “Qafqazinfo”ya bildirib ki, qatarlar arasındakı intervalı 2 dəqiqədən aşağı salmaq hazırkı vəziyyət üçün mümkünsüzdür:

“Hazırda metro payız-qış qrafikinə uyğun işləyir və qatarlararası interval üçün ən minimal hədd 2 dəqiqədir. Hətta biz qatarların sayını artırsaq belə, bu intervala toxuna bilmərik. Gələcək inkişaf strategiyamızda bu məsələnin həlli üçün planlar var. Ancaq bunun üçün yaşıl və qırmızı xətlər ayrılmalıdır. Hazırda “Həzi Aslanov-2” və bənövşəyi xətdə tikinti davam etdirilir. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən problemlərin həll olunması gözlənilir”.

Xatırladaq ki, bu səhər metronun N. Nərimanov stansiyasında ölüm hadisəsi baş verib. Ürəktutmadan vəfat edən 58 yaşlı sərnişin Hidayət Ömərovun da halının metrodakı sıxlıqdan pisləşdiyi deyilir. 

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …