Cümə , Yanvar 18 2019
Ana səhifə / Sosial / 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı – Ev heyvanından yoluxub

11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı – Ev heyvanından yoluxub

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk var. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb.
Azinforum.az medchina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacarıb.
Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.
Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.
VIPedu.BIZ

Həmçinin oxuyun

Ekoloq: Bakı “küləklər şəhəridir”, ona görə də heç kim qorxmamalıdır

Bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal …