Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / ƏƏSMN-in keçmiş mətbuat katibi yeni naziri “vurdu”: “Gərək məmur şəhid anasını səbrlə dinləsin ki…

ƏƏSMN-in keçmiş mətbuat katibi yeni naziri “vurdu”: “Gərək məmur şəhid anasını səbrlə dinləsin ki…

“Həqiqətən ağır mənzərə idi: haqlı və haqsız görünməsindən asılı olmayaraq, şəhid ailəsinin hansısa dövlət qurumunun qarşısında boynubükük durmasını izləmək! Bunun məmur yaramazlığından, səhlənkarlığından və ya hansısa qanunla əsaslandırılmasından doğması ikinci məsələydi”.
Azinforum.az  “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Elman Babayev bloqunda yazıb.
Nazirliyi ittiham edən E. Babayev bildirib ki, prezidentin mühüm sosial müdafiə əhəmiyyəti daşıyan fərmanı gözdən salınırdı. “Söhbət ondan gedir ki, bir qrup şəhid ailəsi vaxtilə müavinəti almadığını iddia edirdi, müvafiq dövlət qurumları isə əksini söyləyirdi. Və ya vaxtı ilə həmin müavinəti alanlar həmin vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini bildirirdilər. Beləliklə, qarışıq bir vəziyyət yaranmışdı”.
E. Babayev bildirib ki, prezidentin fərmanı bütün şəhid ailələrinə şamil etməsi əslində şəhid ailələrinin problemləri ilə məşğul olan dövlət qurumlarına da bir mesaj idi: “Şəhid ailələrinə münasibətdə bir sıra hallarda yüksək çinli məmurların, böyük mövqe sahiblərinin davranışları yetərli olmur. Onların qayğıları yetərincə dinlənilmir və bu kateqoriyadan olan şəxslərə lazım  olan  kömək edilmir. Bir sıra hallarda isə tapşırılan vəzifə formal olaraq yerinə yetirilir. Bəzilərinə  göruntü lazım olur deyə, öz işini çərçivə əsasında qurur, həssas təbəqənin problemlərinə yanaşmada vicdan sərhədlərinə yaxınlaşmır.
Gərək məmur şəhid anasını səbrlə dinləsin və lazımi kömək göstərsin ki, alternativ yol kimi küçəyə çıxmaq, aksiya keçirmək yolu seçilməsin. Bürokratik süründürməçilik, ədalətsizlik, rüşvət hallarının aradan götürülməsi və kompleks halda vətəndaşın dövlət qurumlarına inamının güclənməsi üçün sadəcə verilən tapşırıqları vicdanla icra etmək yetərlidir”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …