Ələt azad iqtisadi zonası rüsumdan azad edilir – Qanun

“Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşdan müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, spiker Oqtay Əsədov qanun layihəsinin bir sıra komitələrdə və müvafiq dövlət qurumları tərəfindən müzakirə edildiyini xatırladıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, qanun gələcək investorların anlayacağı dildə yazılıb:

Azad iqtisadi zona səlahiyyətli qurumunun hüquqları və vəzifələrində beynəlxalq təcrübə əsas götürülüb. Əmək münasibətlərini tənzimləyən qaydalar, iş şəraitinin təminatı, əmək təhlükəsizliyi beynəlxalq qaydalara əməl edilməsi qanunda qeyd edilib”.

Qeyd edək ki, qanunun 16-cı maddəsinə əsasən Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri və Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.