Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov uşaqlar arasında şahmat turnirinin qalibi olub
KONICA MINOLTA DIGITAL CAMERA

Ziya Məmmədov uşaqlar arasında şahmat turnirinin qalibi olub

Ziya Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri çərçivəsində 10 yaşına qədər uşaqlardan ibarət qrupun turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov adına Şahmat Akademiyasında keçirilən turnirdə 34 gənc şahmatçı iştirak edib. Ziya Məmmədov 7 mümkün xalqdan 6 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı 5,5 xalla Nərmin Abdinova qazanıb. Üç şahmatçı – Ramil Əhmədov, Məhəmməd Həsənzadə və Toğrul Qurbanov hərəyə 5 xal toplayıblar. Ramil Əhmədov əlavə göstəricilərə görə bürünc mükafatçı olub.

Xatırladaq ki, festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqlardan ibarət qrupun turniri (hər ikisinin xalları FIDE reytinqində hesablanmaqla), rapid və blits turnirlər keçirilir.

Açıq turnirdə 3 ölkədən – Azərbaycan, İran və Fransadan 89 şahmatçı iştirak edir. Hazırda turnir cədvəlinə Ülvi Bacarani başçılıq edir. Onun aktivində 7 xal var. Ustalığa namizəd Aydın Süleymanlı və Eldar Musayev 8 mümkün xaldan hərəyə 6,5 xal toplayıblar. Beş şahmatçı hərəyə 6 xal qazanıb.

Rapid və blits turnirlərin iştirakçılarının ilkin start siyahısında qrossmeysterlər Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, Sərxan Quliyev, Ürfan Sevdimalıyev, beynəlxalq ustalar Orxan Abdulov, Nail Bəşirli və başqaları təmsil olunublar.

Turnirin baş hakimi FIDE-nin arbitri Cavanşir Bağırovdur.

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın