Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “İranda çevrilişə ümid bəsləmək axmaq və səfeh gözləntidir”

Zərdüşt Əlizadə: “İranda çevrilişə ümid bəsləmək axmaq və səfeh gözləntidir”

“İrandakı hadisələr ölkənin tənəzzüldə olduğuna, hökumətin yıxıldığına dəlalət eləmir”.

Bu barədə “Sputnik Azərbaycan”a politoloq Zərdüşt Əlizadə İrandakı etiraz aksiyalarını şərh edərkən deyib.

Hazırda İranda iqtisadi vəziyyət ürəkaçan deyil. İnsanlar buna etiraz edir. İranda gənc təbəqənin sayı olduqca böyükdür. Əhalinin 50 %-dən çoxu 30 yaşdan aşağıdır. İşsizlik səviyyəsi yüksəkdir, 20%-dən 40%-ə qədər. Unutmayaq ki, bu ölkə 30 il sanksiyalar altında olub. Embarqolar hələ təzə-təzə, o da qismən götürülüb. Belə şəraitdə, təbii ki, sinfi qütbləşmələr yaranır. Varlılarla kasıblar arasında uçurum daha da dərinləşir. Etirazlar da məhz buna görədir” — Əlizadə bildirib.

Politoloq qeyd edib ki, İran İslam Respublikasında dinc aksiyalara icazə verilir: “İstər ölkənin Ali dini lideri Əli Xameneyi, istər prezident Həsən Ruhani, istərsə də digər rəsmi şəxslər vətəndaşların dinc aksiya keçirmək haqları olduğunu söyləyirlər. Onlar dövlət və özəl mülklərə, ictimai asayişə ziyan vurulmaması şərtilə etiraz nümayişlərinə icazə verildiyini dəfələrlə bildiriblər. Ancaq bu qaydalara əməl etməyərək, vurub dağıdaraq, çevrilişə can ataraq nümayişlər etmək nəinki İranda, bu gün İrana düşmən kimi baxan ABŞ-da belə qadağandır. Avropanın özündə də bu cür aksiyalara icazə verilmir”.

Zərdüşt Əlizadə qeyd edib ki, hazırda bəzi dairələr İranda çevriliş olacağına ümid bəsləyirlər, ancaq bu mümkün deyil: “Bu, çox axmaq və səfeh gözləntidir. İranda hakimiyyət çox güclüdür və sosial təbəqədən kifayət qədər böyük dəstək görür”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …