Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Yüzlərlə azərbaycanlı Brüsselə toplaşır

Yüzlərlə azərbaycanlı Brüsselə toplaşır

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mitinq yerli vaxtla saat 14:00-da başlayacaq. 

Hazırda xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlməkdədir. 

Mitinq Bakı vaxtı ilə saat 17:00-19:00-da olacaq. Bu saatda hər kəs mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən canlı olaraq izləyə bilər. 

Mitinqlə bağlı xəbər və videoların sosial şəbəkə üzərindən daha çox paylaşılması xahiş olunur. Bu, həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur. 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …