Ana səhifə / Siyasət / Xəzərin statusuna dair konvensiya imzalandı

Xəzərin statusuna dair konvensiya imzalandı

Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Zirvə toplantısında iştirak edən Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair konvensiyaya imza atıblar.

Qeyd edək ki, sənəd üzərində iş 1996-cı ildən aparılıb, konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …