Ana səhifə / Siyasət / Tofiq Zülfüqarov Boltonun Qarabağ açıqlamasından danışdı

Tofiq Zülfüqarov Boltonun Qarabağ açıqlamasından danışdı

Con Bolton Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.

Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Müşavir qeyd edib ki, ABŞ bu münaqişənin dinc yolla həllinin tapılmasına sadiq qalacaq. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər: “Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərdən bizim üçün də mühüm əhəmiyyət kəsb edir”.

C.Boltonun fikirlərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, C. Boltonun yanaşmasını müsbət dəyərləndirir:

“ABŞ müşavirindən “Sabahdan müharibəyə başlanılmalıdır” kimi fikirlər gözləmirdik. Əlbəttə indiki məqamda hamı sülhdən danışır,sülh arzulayır. Eyni zamanda son vaxtlarda ABŞ rəsmilərinin vacib və maraqlı açıqlamaları çox olur.

C.Bolton bəzi məsələlərin beynəlxalq hüquq normalarına uyğun həll edilməsini vurğulasa, bu, çox yaxşı olardı. Lakin hazırda bütün dövlətlərin başçıları və onların rəsmi nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin sülh dinc yola həll olunmasını istəyir. Bu günə kimi avropa və amerikalı rəsmilərdən torpaqlarımızın müharibə yolu ilə azad olunmasına dair fikir eşitməmişik”.(sherg.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …