Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı – respublika baş nazirinin müavini təyin edilib.


AZƏRTAC xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirovimzalayıb.
R.Simanduyev bu vəzifədə digər həmvətənimizi – Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.
Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub. Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF prezidentinin daxili siyasət idarəsinin referenti olub.
Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, “Başneft” şirkətinin neft-kimya departamentinin direktoru, “Birləşmiş Neft Kimya şirkəti” səhmdar cəmiyyətinin prezidenti olub.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …