Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Milli Şura və Müsavat birgə mitinq keçirib – FOTOLAR (Yenilənib)

Milli Şura və Müsavat birgə mitinq keçirib – FOTOLAR (Yenilənib)

Bu gün, martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirib. 
Azadlıq radiosunun məlumatına görə, mitinçilərini n əlində  “Millət dərddə, hökumət kefdədir”, “Səhiyyə can üstədir,  “Təhsilimiz xəstədi” və sair kimi şüarlar olub.

Mitinqi Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətindən İlham Hüseyn aparıb. O, açılış çıxışında hökumətin siyasətini tənqid edib :”Bizim bu meydana toplaşmağımızın bəlkə də bir hikməti var. 25 ildir ki, bu ölkədə heç nə məhsul vermir. Səhiyyənin məhusulu zay olub, təhsilin məhsulu zay olub, iqtisadiyyatın məhsulu zay olubh, seçkinin məhsulu zay olub. Zaman göstərdi ki, dövlət adlı ağacın yaxşı məhsul verməsi üçün vətəndaş etirazı ilə onu sulamaq lazımdır”, o, bildirib.

Mitinqdə ilk olaraq AXCP sədri Əli Kərimli çıxış edib. O, çıxışında hakimiyyəti korrupsiyada ittiham edib. Mitinq öncəsi müxalifət fəallarına, o cümlədən AXCP və Müsavat fəallarına təzyiqlər edildiyini deyib: “Biz bu mitinqlərin əsas təşkilatçılarından olmuş Gözəl Bayramlıya azadlıq tələb etmək üçün burdayıq. Bayram Məmmədov, Qiyas İbrahimli, Fuad Qəhrəmanlı, Fuad Əhmədli, Tale Bagırov, Mövsüm Səmədov, Elçin Qasımov, Əlikram Xurşidov, Ziya Əsədli, Elçin İsmayıllı və ümumilikdə 150 nəfər siyasi məhbus, vicdan məhbusu bizdən dəstək gözləyir. Biz onların hamısına azadlıq tələb edirik”.

 

1MIT

Əli Kərimli vurğulayıb ki, mitinqdən əvvəl basqılardan ona görə, bəhs etməyiblər ki, bu, hazırlıq işlərini arxa plana keçirə bilər: “Mitinq qabağı təzyiqlər haqda ona görə, məlumat vermirik ki, sizlər narahat olmayasınız. Çünki bu təzyiqlər təşkilatçı funksionerlərə aid olur. Bu dəfə də qorxaqlar təşkilatçıların evlərinin qarşısına post qoydular”.
Əli Kərmli 80-dən artıq təşkilatçı funksionerin basqıya məruz qaldığını iddia edib: “Mitinqə mane olmaqdan ötrü əsas təşkilatçı heyəti siyasi məhbus kimi həbsə atıblar. İkinci heyətimizi də həbs ediblər. Müsavat Partiyasının onlarla nümayuəndəsini polisə aparıb təzyiq ediblər. Bütün çalışmalar ona hesablanıb ki, bu mitinqin baş tutmasına əngəllər yaradılsın”.

Ə.Kərimli hökumətin siyasətini tənqid edib, son 3 il ərzində xalqın 2 dəfə yarım kasıblaşdırıldığını ifadə edib: “Ölkənin sərvətlərinə əl qoymusuz, ölkədən daşımısız., xalqdan ayrı düşmüsünüz, hansı haqqınız var ki, antixalq hakimiyyətini bir daha davam etdirmək fikrinə düşəsiniz? “.

Sonra mitinqə çıxış edən Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub: “Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir”.

S.Soltanlı deyib ki, Azərbaycan xalqı tarixin bütün keçməkeşlərindən üzüağ çıxmış xalqdır:“Bu xalq zəifdir, mübarizə aprmır, müxalifət zəifdir deyən hakimiyyət qarşısına məqsəd qoymuşdu ki, 2010-cu ildək müxalifəti tam sıradan çıxaracaq. Ancaq siz burda xalqın mübarizədən usanmadığını, bezmədiyini göstərirsiniz”.

Milli Şuranın Koordinasiya Mərkəzinin təmsilçisi Vidadi Mirkamal öz çıxışında hökuməti tənqid edib. O Bu hakimiyyəti  bütün seçkiləri saxtalaşdırmaqda ittiham edib. Seçkilərin 6 ay önə çəkilməsini də bununla bağlayıb.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri isə prezident seçkisinin 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah edib.Prezident İlham Əliyev isə son çıxışlarının birində deyib ki, prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə inanır.

Mitinq zamanı işıqlıar sönüb, ancaq qısa müddətdən sonra bərpa olunub. Bir qrup polis tribunaya yaxınlaşıb mitinqçilərə “Təhqirə keçməyin” xəbərdarlığı edib.

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb

0310000083532MIT4MIT5MIT6MIT3MIT

***

Qeyd edək ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqin təşkilatçıları dünən, martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü İ.Hüseynin deməsinə görə, polis onlara öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.
Etiraz aksiyasının «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.
Aksiyadan öncə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.
O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.
Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.

2

63885C26-E202-434A-BED7-7C8753AEB553_w250_r0_s

 

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …