Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Separatçı Saakyanın ABŞ, Fransa və Rusiyaya dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır?” – ŞƏRH

“Separatçı Saakyanın ABŞ, Fransa və Rusiyaya dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır?” – ŞƏRH

“Erməni separatçılarının lideri Bako Saakyanın ard-arda 3 həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu 3 dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olublar və səfər çərçivəsində Xankəndidə Bako Saakyanla da görüşüblər: “Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın 3 dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər”.

Politoloq deyir ki, bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir:

“Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə, bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın da istəyi budur”.

Elxan Şahinoğlu deyir ki, bu tələdən çıxış yolu tapmalıyıq: “Əslində, bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır. Ancaq onların son illərdə nə işlə məşğul olduğunu özlərindən başqa heç kim bilmir. Əgər bu işi bacarmırlarsa, heç olmazsa kənar mütəxəssislərə müraciət etsinlər. Ancaq Mərkəzin qapısı həmin mütəxəssislərə də bağlıdır”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …