Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Savadı olmayanların, öz adını yaza bilməyənlərin axırı çatıb – Prezident hansı iri məmurları evinə göndərir? – AÇIQLAMA

Savadı olmayanların, öz adını yaza bilməyənlərin axırı çatıb – Prezident hansı iri məmurları evinə göndərir? – AÇIQLAMA

Dünən ölkə prezidentinin sərənacamı ilə iki nazir tutduğu vəzifədən azad edildi. Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edildiyi üçün,  hazırda təhsil naziri postu boşdur.
Moderator.az xəbər verir ki, yeni təhsil nazirinin kim olacağına dair müxtəlif versialar var, ancaq real namizəd hələ ki, bəlli deyil.
Mövzu ilə əlaqədar a24.az-a siyasətçi Hafiz Hacıyevlə danışıb.
O, deyib ki,  təhsil naziri elə bir vəzifədir ki, orada uzun müddətdir bu sahədə çalışan, təhsili ciddi bilən, gələcəyimizin təhsilidən asılı olduğunu anlayan, bu sahədə təcrübəsi olan insan olmalıdır.
Təhsilimzdə nöqsanlar var və o nöqsanları aradan qaldırmaq üçün təcrübəli adamlar lazımdı. Bu, ölkə prezidentinin səlahiyyətindədir. Real namizədin adı açıqlanmayıb.
Son günlər prezidentin böyük islahatları haqqında da danışan Hafiz Hacıyev bunları da deyib:
“Savadı olmayanları, öz adını yaza bilməyənləri sırıyıblar hakimiyyətin yüksək təbəqəsinə. Ancaq bunların axırı çatıb. Prezident onların heç bir fayda vermədiyini, hakimiyyətə yarasız olduğunu görür və nəticədə işindən azad edir. Dünənki qərar da buna bariz nümunədir.  17 il kürək çalmış bir korrupsioner ən böyük vəzifələrin birindən uzaqlaşdırıldı. Hakimiyyətə 20 ildən çoxdur kök salmış, başları kifləmiş insanalar ölkə prezidentinin bu günki siyasətinə uyğun gəlmirlər. Hazırda ciddi islahatlar gedir. Kiminsə dostu, kimsə qardaşı, həyat yoldaşının qohumu məsələləri artıq keçməyəcək. Bəzi məmurlar düşünür ki, mənə dəyə bilməz məni çıxara bilməz, ancaq bu düşüncə tamamilə yanlışdır. Faydası olmayan, iş görməkdən başqa hər şeyi edən, Azərbaycanın milyardlarla sərvətini oğurlayıb özlərinə villalar tikən, hoteller açan insanlar hakimiyyətdən uzaqlaşdırılacaq”.
O, bunu da əlavə etdi ki, artıq kimin nə vaxt çıxarılacağı məlumdur. Adları zamnı gəlincə açıqlanacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …