Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Şahin Musayev Xocalı faciəsi haqqında mənə bilərəkdən yanlış informasiya verib…”

“Şahin Musayev Xocalı faciəsi haqqında mənə bilərəkdən yanlış informasiya verib…”

Xocalı soyqırımı barədə o dövrdə Azərbaycana rəhbərlik edən eks-prezident Ayaz Mütəllibova ilk informasiyaların yanlış çatdırılması haqda on illərdir ki, bəhs edilir. “AzTV”-də də səslənmiş həmin informasiyaya görə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi iki nəfər öldürülüb.  Bu günədək  aparılmış araşdırmalardan bilinir ki,  həmin informasiyanı ilk olaraq prezidentə çatdıran və mətbuatda dərc etdirən o vaxtkı daxili işlər naziri Tahir Kərimov olub. Lakin sən demə, ölkə başçısına daha yanlış informasiya çatdıran daha “sanballı” birisi varmış…

Sabiq dövlət başçısı Ayaz Mütəllibov Moderator.az əməkdaşının bu haqda sualına verdiyi cavabda bildirib ki, ona Xocalıda cəmi 1 nəfərin həlak olması haqda məlumatı o vaxt müdafiə nazirinin 1-ci müavini olan, amma faktiki ölkədəki hərbi proseslərə daha çox təsir göstərən general Şahin Musayev də çatdırıb.  Keçmiş respublika Prezidentinin sözlərinə görə, fevralın 26-da Şahin Musayev öz təşəbbüsü ilə onun qəbuluna gəlib və Xocalıda ermənilər tərəfindən cəmi 1 nəfərin qətlə yetirildiyini bildirib.

“Mən o dövrdə hesab edirdim ki, o, Azərbaycanı sevən bir hərbçidir.  Təəssüf ki, o günlər Şahin Musayev haqqında dəqiq informasiyamız olmayıb… Lakin sonradan bəlli oldu ki, o, bilavasitə Moskvaya işləyirmiş. O çox pis adam imiş… Və  cəmi bir neçə il öncə Şahin Musayev söhbətlərinin birində etiraf edib ki, guya o, “prezidentin kefi pozulmasın deyə” Xocalı haqqında belə yanlış məlumat verib…”- Ayaz Mütəllibov  belə deyib.

Son  onilliklərdə hərbi-siyasi proseslərin iştirakçısı olan bir sıra hərbçi və siyasətçilərin açıqlamalarından bəlli olur ki, general Şahin Musayev yalnız Xocalı soyqırımı zamanı deyil, Şuşa və Laçının işğalı günlərində də Azərbaycan ordusunun məğlubiyyətə düçar olmasında önəmli rol oynayıb və yenə də dövlət rəhbərliyinə yanlış informasiyalar çatdırıb…

Deməli, bir daha aydın olur ki,  sovet dövründən bəri bir sıra faciələrimizdə olduğu kimi,  Xocalı soyqırımında da, digər bölgələrimizin işğalında da müstəqil dövlət olmağımıza rəğmən arxivləri bizin üçün hələ də bağlı qalan “KQB” və “QRU” şəbəkəsinə xidmət edən xəyanətkarların çox böyük rolu olub. Təəssüf ki, həmin xəyanət bu gün də davam edir…

Yeri gəlmişkən, Moderator.az-ın oxucuların müzakirəsinə buraxdığı 1992-1993-cü illərdə Xocalı olaylarını araşdırmış deputat- istintaq komissiyasının rəyində general Şahin Musayevin Xocalı sakinlərini mühasirədən çıxarmaq üçün bilərəkdən vertolyot göndərmədiyi də aydınlaşır. Bundan əlavə, Ayaz Mütəllibova təqdim olunmaq üçün general Ş.Musayevin şəxsi işinin Moskvadan göndərilmədiyi üzə çıxır. Eyni zamanda Şahin Musayevi gəncliyindən tanıyan digər bir Azərbaycan generalının onun haqqında rəhbərliyə informasiya çatdırmadığı da bəlli olur…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …