Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rusyalı ekspert: “Mən Qarabağ probleminin dinc yolla tənzimlənməsinə inanmıram”

Rusyalı ekspert: “Mən Qarabağ probleminin dinc yolla tənzimlənməsinə inanmıram”

Mariam Qriqoryan

1-in am, 22.06.2018

 

Ermənistan HHQ-nin cəbbəxanası ən yaxın vaxtlarda Rusiya istehsalı çoxfunksiyalı Su-30 SM qırıcıları ilə tamamlana bilər.

Bu haqda Rusiyanın “Коммерсантъ” qəzeti özünün “Yeni baş nazir üçün köhnə müqavilə” məqaləsində yazıb. Söhbət, ən azı, bir qırıcı eskadrilyasından, yəni 12 təyyarənin əldə edilməsindən  gedir.

Qırıcıların tədarükü haqda müqavilə hələ 2012-ci ildə imzalanıb, amma Ermənistanda yaranmış maliyyə problemləri üzündən belə də qüvvəyə minməyib.

Коммерсантъ” öz qaynaqlarına isnad edərək əlavə edib: “Ermənistanın Su-30 SM əldə etmək arzusu haqda söhbətlər Nikol Paşinyan Erebuni hərbi aeroportunda yerləşən təyyarənin kabinəsində olarkən Facebook sosial şəbəkəsinə fotoşəkil qoyandan sonra təzələnib”.

Коммерсантъ”ın məlumatına görə, Moskva və İrəvan, təxminən, 2012-də müqavilə imzalayıb, Ermənistan onun şərtlərinə görə bir neçə il ərzində 12-dən az olmayaraq qırıcı almalıydı – “Ъ”-nın məlumatına görə, o zaman Vladimir Putin onların tədarükünə sanksiya verib. Qəzet yazıb: “Moskvada İrəvana təyyarələri ixracat deyil, Rusiyadaxili qiymətlərlə almağa icazə verərək onun maliyyə problemini həll etməyə çalışıblar”.

Nəşr iddia edir ki, Moskva müqavilənin mümkün qədər tez gerçəkləşməsinə girişməyə ümid edir: bu, İrkutsk aviainşa zavodunu 2020-ci ilədək yükləmək üçün gərəkdir.

Moskva Siyasi və Hərbi Analiz Mərkəzinin direktor müavini Aleksandr Xramçixin 1-in am-la söhbətdə qeyd edib ki, “Коммерсант”ın bildirişilə tanışdır, amma layihənin indi hansı mərhələdə olduğunu bilmir. “Kim nəyi ləğv edib, kim nə almağa hazırlaşırdı, neçəyə və hansı müddətə – mənə məlum deyil, buna görə də əslində nə baş verdiyini qeyd etməyə çətinlik çəkirəm”.

Xramçixin qeyd edib ki, bildiriş yalnız Paşinyanın təyyarədə çəkilmiş fotoşəkliylə bağlıdır: “Bu daha nəyləsə bağlı deyil”.

Həmsöhbətimiz eyni zamanda dəqiqləşdirib: “Bununla belə, deyim ki, bu qırıcılar dedikcə müasir və yaxşı təyyarələrdir və bölgədə – Ermənistanla Azərbaycan arasında durumu keyfiyyətcə dəyişərdi. Hazırda Azərbaycanın havada üstünlüyü var, amma Ermənistanın heç olmasa, bir eskadrilyası olsa, durum əks yöndə dəyişilər”.

Xramçixin qeyd edib ki, indiki anda Azərbaycan havada mütləq üstünlüyə malikdir. Həmsöhbətimiz həmçinin Qarabağ münaqişəsinin mümkün tənzimlənməsinə və Ermənistanda siyasi dəyişikliklərdən sonra dinc tənzimləmədə tərəqqi görmək mümkün olduğu haqda qeydlərə də toxunub: “Bağışlayın, amma mən dinc tənzimləmənin nə demək olduğunu qətiyyən anlamıram. Dinc tənzimləmə bildirir ki, bir tərəf heç bir ilkin şərtsiz boyun əyir, amma indi hansı tərəfin savaşsız boyün əyməyə hazır olduğunu bilmirəm”.

Xramçixin davam edir: “Mən bu haqda çox danışmışam, amma 20 ildən çox vaxtda tərəflərin mövqeyi dəyişmirsə və qarşılıqlı şəkildə bir-birini rədd etməklə qalırsa, bu bildirir ki, yalnız müharibə olur.

Əlbəttə, status-kvonun saxlanması sonsuzluğadək sürə bilər ki, mahiyyətcə Ermənistanın qələbəsini bildirir, amma Azərbaycan buna nə qədər hazırdır, bilmirəm, Bakıdan soruşmaq gərəkdir”. (Tərcümə Strateq.az-ındır.)

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …