Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rusiyanın yeni səfiri İlham Əliyevin qəbulunda

Rusiyanın yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib.

Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …